Modern.az

Şahin Şıxlinski ilə bağlı YENİ QƏRAR

Şahin Şıxlinski ilə bağlı YENİ QƏRAR

Dünya

10 Oktyabr 2025, 11:36

Yekaterinburqda yerləşən Sverdlovsk vilayət məhkəməsi Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinskinin həbsdə qalması barədə qərarı qüvvədə saxlayıb.

Modern.az xəbər verir ki, bu barədə Ura.ru məlumat yayıb.

Bildirilib ki, məhkəmə qapalı iclasda iş materiallarını araşdıraraq apellyasiya şikayətini təmin etmək üçün əsas görməyib. Nəticədə, Şıxlinski dekabrın 30-dək həbsdə qalacaq.

Xatırladaq ki, avqust ayında Moskvanın Basmannı Məhkəməsi  “Azərbaycan-Ural” ictimai təşkilatının və Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskini qiyabi həbs edib. O, Moskvada könüllü şəkildə təslim olub və oradan Yekaterinburqa aparılıb.

Yerli mətbuat yazır ki, Şahin Şıxlinskiyə qarşı Rusiya Cinayət Məcəlləsinin iki maddəsi üzrə cinayət işi açılıb.

O, Rusiya Cinayət Məcəlləsinin 318-ci maddəsi (hakimiyyət nümayəndəsinə qarşı zor tətbiqi) və 105-ci maddəsinin 2-ci hissəsi (qəsdən adam öldürmə) ilə axtarışa verilib. 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin Paşinyanla mübahisə etdi