Modern.az

Ermənistan və Azərbaycan arasında sülh yaranıb - Paşinyan

Ermənistan və Azərbaycan arasında sülh yaranıb - Paşinyan

Dünya

10 Oktyabr 2025, 13:02

"Məmnunluqla qeyd edirəm ki, Ermənistan və Azərbaycan arasında uzunmüddətli münaqişədən sonra sülh yaranıb".

Modern.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Düşənbədə keçirilən MDB sammitində 8 avqust tarixli Vaşinqton razılaşmaları barədə danışarkən deyib.

Paşinyan bildirib ki, "Tramp marşrutu" (Zəngəzur dəhlizi - TRIPP) Ermənistana birliyin iştirakçı dövlətləri ilə dəmir yolu və digər nəqliyyat kommunikasiyalarına malik olmağa imkan verəcək. Bu, MDB çərçivəsində iqtisadi əlaqələri möhkəmləndirməyə və yeni ixrac və idxal imkanları açaraq təşkilatın effektivliyini artırmağa imkan verəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin Paşinyanla mübahisə etdi