Modern.az

Əfqanıstan Pakistana xəbərdarlıq etdi: “Sovet İttifaqının taleyini xatırlayın”

Əfqanıstan Pakistana xəbərdarlıq etdi: “Sovet İttifaqının taleyini xatırlayın”

Dünya

10 Oktyabr 2025, 18:31

Əfqanıstanın xarici işlər naziri Əmir Xan Muttəqi Pakistana xəbərdarlıq edib.

Modern.az xəbər verir ki, Hindistanda rəsmi səfərdə olan nazir bildirib ki, son günlər Pakistan tərəfindən Əfqanıstanın sərhədyanı bölgələrinə hücumlar edilib və bu addım “tamamilə yolverilməzdir”.

Muttəqi deyib ki, Kabil bu məsələdə diplomatik yolun açıq qalmasını istəyir, lakin hücumlar ölkənin suverenliyinə hörmətsizlik sayılır:

“Biz bu cür hərəkətləri yanlış hesab edirik. Problemlər hücumlarla deyil, dialoqla həll olunmalıdır. Əfqanıstan 40 ildən sonra sülhə və inkişafa nail olub. Heç kim bundan narahat olmamalıdır. Biz müstəqil xalqıq və kimsə bizim sülhümüzü pozmaq istəməməlidir.”

Nazir əlavə edib ki, Əfqanıstan qonşuları ilə konstruktiv münasibətlər qurmaq niyyətindədir, amma bu münasibətlər qarşılıqlı hörmətə əsaslanmalıdır:

“Biz Hindistanla da, Pakistanla da yaxşı əlaqələr istəyirik, amma bu birtərəfli ola bilməz.”

Muttəqi çıxışının sonunda xəbərdarlıq tonunu gücləndirərək bildirib:

“Əfqanların cəsarətini sınamaq lazım deyil. Kim bunu etmək istəyirsə, Sovet İttifaqından, Amerikadan və NATO-dan soruşsun, onlar yaxşı bilirlər ki, Əfqanıstanla oyun oynamaq heç vaxt yaxşı sonluqla bitmir.”

Sizə yeni x var
Keçid et
Putin Paşinyanla mübahisə etdi