Modern.az

İsrailli girovlar bu gün sərbəst buraxılacaq 

İsrailli girovlar bu gün sərbəst buraxılacaq 

Dünya

13 Oktyabr 2025, 07:51

HƏMAS bu gün İsraildən olan girovların azad edilməsinə başlayacaq.

Modern.az İsrail mediasına istinadən xəbər verir ki, ilk qrup girovlar saat 08:00-da Netzarim dəhlizində, ikinci qrup isə saat 10:00-da Xan Yunis şəhərində azad ediləcək.

Məlumatda qeyd olunur ki, bu addım Qəzza zolağında elan olunan atəşkəs və məhbus mübadiləsi razılaşmasının icrası çərçivəsində həyata keçiriləcək.

İsrail Müdafiə Ordusu hələlik xəbəri rəsmi şəkildə təsdiqləməyib, lakin bölgədə təhlükəsizlik tədbirlərinin gücləndirildiyi bildirilir.

Sizə yeni x var
Keçid et
Türkiyədən Rusiyaya ağır zərbə: Nə baş verir?