Modern.az

Qəzzada tarixi gün - Girov və məhbuslar AZAD EDİLDİ

Qəzzada tarixi gün - Girov və məhbuslar AZAD EDİLDİ

Dünya

13 Oktyabr 2025, 09:44

HƏMAS israilli girovları sərbəst buraxmağa başlayıb.

Modern.az-ın məlumatına görə, ilkin mərhələdə yeddi israilli girov Beynəlxalq Qırmızı Xaç Komitəsinə (ICRC) təhvil verilib.

İsrail həbsxanalarında saxlanılan fələstinli məhbusların azad olunması prosesi də başlayıb. Əməliyyata məsul olan rəsmilərin bildirdiyinə görə, azadlığa buraxılması planlaşdırılan 1 966 məhbusun hamısı artıq avtobuslara mindirilib.

Məlumata görə, girovlar Qəzza zolağında Qırmızı Xaçın nümayəndələrinə təhvil verilib və daha sonra İsrail hakimiyyətinə çatdırılacaq.

Beynəlxalq Qırmızı Xaç Komitəsi açıqlamasında bildirib ki, bu əməliyyat eyni vaxtda iki istiqamətdə həyata keçirilir, biri girovların İsrailə təhvil verilməsi, digəri isə fələstinli məhbusların Qəzza və İordan çayının qərb sahilinə qaytarılmasıdır.

Qurumun bəyanatında qeyd olunur ki, bu əməliyyatlar çox mürəkkəbdir və bütün tərəflərin təhlükəsizliyini təmin etmək üçün dəqiq logistik və təhlükəsizlik planlaması tələb edir. Qırmızı Xaç, həmçinin insan qalıqlarının mübadiləsini də həyata keçirəcəyini bildirib.

Qırmıı Xaçın məlumatına görə, 2023-cü ilin oktyabrından bəri təşkilat ümumilikdə 148 girovun və 1 931 məhbusun azad olunmasına və daşınmasına vasitəçilik edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin bu sözlərlə Bakını təhdid etdi - Nələrə hazır olmalıyıq?