Modern.az

Bu ölkələr Trampa mükafat verəcək

Bu ölkələr Trampa mükafat verəcək

Dünya

13 Oktyabr 2025, 10:50

Misir Prezidenti Əbdülfəttah əs-Sisi ABŞ Prezidenti Donald Trampı ölkəsinin ən yüksək dövlət ordeni olan “Nil ordeni” ilə təltif edib.

Modern.az xəbər verir ki, Qahirə rəhbərliyi bu qərarı Trampın “Yaxın Şərqdə sülh səylərinə və xüsusilə Qəzza münaqişəsinin dayandırılmasına verdiyi töhfəyə görə” qəbul etdiyini açıqlayıb.

İsrail Prezidenti İshaq Hersoq da Trampı Prezidentin Fəxri Medalı ilə mükafatlandırmaq qərarı verib.

Rəsmi bəyanatda qeyd olunur ki, qərar Trampın “İsrail dövlətinə sarsılmaz dəstəyinə, vətəndaşların təhlükəsizliyinə verdiyi unikal töhfəyə və regionda sülh və əməkdaşlıq dövrü yaratmaq cəhdlərinə” görə verilib.

İsrail tərəfi medalı təqdimetmə mərasiminin yaxın aylarda keçiriləcəyini, vaxt və yerin sonradan açıqlanacağını bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya regionlarına kütləvi hücum - Yüzlərlə dron səmaya qalxdı