ABŞ Prezidenti Donald Tramp İsraildə səfərdədir.
Modern.az xəbər verir ki, bu barədə CNBC telekanalı məlumat yayıb.
Bildirilir ki, ABŞ liderinin təyyarəsi Ben Qurion hava limanına enib.
Qeyd edək ki, ABŞ lideri israilli girovların ailələri ilə görüşəcək və İsrail parlamentində çıxış edəcək.
Tramp daha sonra Şarm əl-Şeyxdə Qəzza sammitində iştirak etmək üçün Misirə yola düşəcək.