Modern.az

783 gün sonra azadlıqda - FOTOLAR

783 gün sonra azadlıqda - FOTOLAR

Dünya

13 Oktyabr 2025, 13:28

HƏMAS tərəfindən 2023-cü ilin oktyabrından bəri saxlanılan bütün sağ girovlar azad olunub.

İsrail mediasının məlumatına görə, azad olunan 20 nəfər Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə İsrail tərəfinə təhvil verilib.

Modern.az xəbər verir ki, HƏMAS nümayəndəsi də açıqlamasında “artıq təşkilatın əlində heç bir sağ girov qalmadığını” təsdiqləyib.

İsrailin “9-cu kanal” telekanalının məlumatına əsasən, azad edilənlərin 13 nəfərdən ibarət ikinci qrupu Qırmızı Xaçın nümayəndələrinə təhvil verildikdən sonra İsrailə çatdırılıb. Onlar 783 gün girovluqda olublar.

Azad olunan şəxslər arasında Rom Breslavski, Bar Kuperşteyn, Nimrod Koen, Evyatar David, Elkana Buxbut, Segev Kalfon, Avinatan Or, Yosef Haim Ohana, Maksim Xarkin, Eytan Horn, Matan Tsangaoker, David Kunyo və Ariel Kunyo kimi adlar yer alır.

1469132

1469130

1469131

1469129

1469128

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya regionlarına kütləvi hücum - Yüzlərlə dron səmaya qalxdı