Modern.az

ATƏT sədri sabah İrəvanda olacaq

ATƏT sədri sabah İrəvanda olacaq

Dünya

13 Oktyabr 2025, 13:07

ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonen sabah - oktyabrın 14-də Ermənistana işgüzar səfər edəcək.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin məlumatında bildirilib.

Xarici işlər naziri Ararat Mirzoyan və Elina Valtonen XİN-in binasında görüşəcək, ardınca isə birgə mətbuat konfransı keçiriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən Azərbaycana RUSDİLLİ ÖLKƏ damğası