Modern.az

Moskva, Bakı və Tehran Fars körfəzinədək logistika qururlar - Overçuk

Moskva, Bakı və Tehran Fars körfəzinədək logistika qururlar - Overçuk

Dünya

13 Oktyabr 2025, 13:12

Rusiya, Azərbaycan və İran Barents və Baltik dənizlərindən Fars körfəzinə qədər maneəsiz logistika ilə ümumi əmtəə bazarı yaratmaq səylərini gücləndirirlər.

Modern.az xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk Azərbaycan, İran və Rusiya arasında nəqliyyat, energetika və gömrük sahələrində əməkdaşlığa həsr olunmuş üçtərəfli görüşdə bildirib.

"Bizi maneəsiz logistika və uyğunlaşdırılmış qaydalar və standartlara malik ümumi əmtəə bazarının yaradılmasına yönəlmiş çox maraqlı işlər gözləyir. Rusiya ilə Azərbaycan, Rusiya və İran, İran və Azərbaycan arasında güclü və dinamik əlaqələr regionda nəqliyyat əlaqələrinin inkişafı, Barents və Baltik dənizi sahillərindən Fars körfəzinə qədər qədər fasiləsiz logistikanın təmin edilməsi üçün gücləndirilmiş əlaqələndirilmiş səyləri zəruri edir".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən Azərbaycana RUSDİLLİ ÖLKƏ damğası