Modern.az

ATƏT sədri Cənubi Qafqaza gəlir

ATƏT sədri Cənubi Qafqaza gəlir

Dünya

13 Oktyabr 2025, 18:44

ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonen 13–15 oktyabr tarixlərində Gürcüstan, Azərbaycan və Ermənistana səfər edəcək.

Modern.az xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Valtonen səfər çərçivəsində hər üç ölkənin hökumət nümayəndələri ilə yüksək səviyyəli görüşlər keçirəcək. Görüşlərdə əsas məqsəd regional təhlükəsizlik, sabitlik və davam edən sülh prosesi barədə fikir mübadiləsi aparmaqdır.

ATƏT sədrinin Tbilisidəki danışıqları zamanı Gürcüstanın daxili və xarici çağırışları, eləcə də 2008-ci il müharibəsinin nəticələrinin aradan qaldırılması ilə bağlı Cenevrə Beynəlxalq danışıqlarına təşkilatın dəstəyi müzakirə olunacaq.

Səfərin əsas mövzularından biri isə Azərbaycan və Ermənistan arasında sülh prosesinin gedişatı olacaq. Bildirilir ki, Valtonen regionda sülhün möhkəmlənməsi, həmçinin ATƏT-in Minsk qrupu və ona bağlı strukturların fəaliyyətinin yekunlaşdırılması məsələlərinə xüsusi diqqət ayıracaq.

Bu, Elina Valtonenin ATƏT sədri qismində Cənubi Qafqaza ilk səfəridir.

Whatsapp
Bizə yazın!
Keçid et
Putindən Azərbaycana RUSDİLLİ ÖLKƏ damğası