Modern.az

Misir Prezidenti Trampı belə təriflədi

Misir Prezidenti Trampı belə təriflədi

Dünya

13 Oktyabr 2025, 19:38

Prezident Tramp bölgəmizdə sülhü təmin etmək qabiliyyətinə malik olan yeganə liderdir.

 

Modern.az xəbər verir ki, bunu Misir Prezidenti Əbdülfəttah əs-Sisi Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün Şarm əl-Şeyxə gələn ABŞ Prezidenti Donald Trampla ikitərəfli görüşündə deyib.

 

Prezident Əbdülfəttah əs-Sisi ABŞ Prezidentinə Qəzzada atəşkəs razılaşmasının əldə edilməsi ilə bağlı verdiyi töhfəyə görə təşəkkürünü bildirib.

 

Qeyd edək ki, Yaxın Şərq Sülh Sammitində 20-yə yaxın dövlət və hökumət başçısı iştirak edir. Sammitdə Yaxın Şərqdə sülhlə bağlı rəsmi imzalanma mərasiminin olacağı gözlənilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Putindən Azərbaycana RUSDİLLİ ÖLKƏ damğası