Ukrayna Rusiyanın yeni hava hücumları fonunda elektrik enerjisi ilə bağlı problemlərin davam edəcəyini gözləyir. Buna görə də Ukrayna Avropa İttifaqından elektrik enerjisi idxalına başlamağa məcbur olacaq.
Modern.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski oktyabrın 13-də Kiyevdə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.
“Biz elektrik enerjisi ilə bağlı problemlər gözləyirik. Bir və ya iki hücumdan sonra elektrik enerjisini idxal etməyə ehtiyac ola bilərik”, - deyə Prezident qeyd edib. Zelenskinin sözlərinə görə, Ukrayna qışda həmişə elektrik enerjisi idxal etmək fürsətindən istifadə edir. Bu variant Ukrayna üçün həmişə açıqdır və bu, vacibdir.
Xatırladaq ki, son bir neçə həftə ərzində Rusiya Ukraynanın enerji infrastrukturu obyektlərinə silsilə zərbələr endirib. Əvvəlcə Ukrayna-Rusiya sərhədinə yaxın ərazilərdə, daha sonra Kiyev və ətraf regionun elektrik obyektlərinə zərbələr endirib.
Bu hücumlar nəticəsində ölkə üzrə yüz minlərlə müştəri elektriksiz qalıb.
Oktyabrın 13-də Ukraynanın beş vilayətində elektrik enerjisinin verilişində fövqəladə fasilələr tətbiq edilib.