ABŞ, Türkiyə, Misir və Qətər rəhbərləri tərəfindən imzalanan Qəzza ilə bağlı razılaşma sənədinin mətni son ana qədər müzakirə edilib.
Modern.az-ın məlumatına görə, “Hürriyet” qəzeti yazır ki, Ankara sənədə bir sıra düzəlişlərin edilməsində israr edib.
Bildirilir ki, oktyabrın 13-də səhər saat 07:00-da Türkiyənin xarici işlər naziri Hakan Fidan sənədin hazır olduğu barədə məlumat alıb. Lakin bundan dərhal sonra “bir sözə görə böhran” yaranıb.
Türkiyənin tələbi ilə həmin söz sənəddən çıxarılıb və əvəzində daha uyğun ifadə əlavə olunub. Bunun hansı söz və ya ifadə olduğu açıqlanmayıb.
Xatırladaq ki, oktyabrın 10-da İsrail və HƏMAS arasında atəşkəs rejimi qüvvəyə minib. Oktyabrın 13-də isə ABŞ, Misir, Qətər və Türkiyə vasitəçi ölkə kimi Qəzzadakı münaqişənin dayandırılması barədə yekun sənədi paraflayıb.