Modern.az

Ərdoğanın Meloniyə dedikləri İtaliyada rezonans doğurdu

Ərdoğanın Meloniyə dedikləri İtaliyada rezonans doğurdu

Dünya

15 Oktyabr 2025, 13:28

Xəbər verildiyi ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Misirdə keçirilən Yaxın Şərq Sülh Sammitində iştirak edərkə İtaliyanın baş naziri Giorgia Meloni ilə görüşüb. Liderlər arasındakı söhbətin videogörüntüsü geniş şəkildə yayılıb.

Görüş zamanı Ərdoğan Meloniyə "Yaxşı görünürsən, amma səni siqareti buraxmağa məcbur etməliyəm" deyib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu görüşdə Fransa prezidenti Emmanuel Makron da iştirak edib və Ərdoğanın sözlərinə cavab olaraq gülərək deyib: “Bu, mümkün deyil”.

Ərdoğanın sözləri İtaliya və beynəlxalq mətbuatda geniş şəkildə yayılıb və işıqlandırılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Ramiz Mehdiyev dövlət çevrilişini kimlərlə etmək istəyirmiş?