İsrail daha 45 fələstinlinin cəsədini təhvil verib.
Modern.az xəbər verir ki, bu məlumatı anklavın Səhiyyə Nazirliyi təsdiqləyib.
Ümumilikdə, İsraillə əldə olunan razılaşmadan sonra Qəzza tərəfi 90 nəfərin cəsədini təhvil alıb.
Nazirliyin mətbuat xidməti bu şəxslərin İsrail həbsxanalarında ölməsi, yoxsa Qəzzadakı hərbi əməliyyatlar zamanı həlak olmasına dair məlumatı dəqiqləşdirməyib.
Qeyd edək ki, tərəflər arasında əldə olunan razılaşmaya əsasən, İsrail hər qaytarılmış israillinin cəsədinə qarşılıq 15 fələstinlinin cəsədini təhvil verməlidir.