Modern.az

Tramp bu ölkəni bombalamaq istəyir

Tramp bu ölkəni bombalamaq istəyir

Dünya

16 Oktyabr 2025, 08:23

Amerika Silahlı Qüvvələri Venesuela ərazisində narkokartellərlə əlaqəli obyektlərə zərbə endirmək imkanını nəzərdən keçirir.

Modern.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bəyan edib.

“Əminliklə demək istəmirəm, lakin biz yerüstü obyektlərə zərbə endirilməsi imkanını mütləq araşdırırıq. Çünki dənizdə vəziyyətə, əslində, tam nəzarət edirik”, – deyə Tramp Federal Təhqiqatlar Bürosunun direktoru Kəş Patel ilə birgə mətbuat konfransında jurnalistin sualına cavabında bildirib.

"The New York Times" nəşri yazır ki, Tramp administrasiyası Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) Venesuelada gizli əməliyyatların həyata keçirilməsinə icazə verib. Bu qərar ABŞ-ın Venesuela prezidenti Nikolas Maduraya qarşı təzyiq kampaniyasının növbəti mərhələsi kimi qiymətləndirilir.

Mənbələrin məlumatına görə, MKİ-yə verilən yeni səlahiyyətlər Tramp administrasiyasının Venesuelada hakimiyyət dəyişikliyi ssenarisini gücləndirmək məqsədi daşıyır. Paralel olaraq ABŞ Silahlı Qüvvələrinin rəhbərliyi də mümkün hərbi zərbələrin planlaşdırılması üzərində işləyir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
GƏRGİN DEBAT! Mehdiyevin Rusiyayla əlaqəsini KƏSDİLƏR - Halı PİSLƏŞDİ