ABŞ prezidenti Donald Tramp bəyan edib ki, ABŞ ordusu Venesuelada narkotik ticarəti ilə əlaqəli quru hədəflərə zərbələr endirmək imkanını nəzərdən keçirir.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Tramp bununla bağlı deyib:
“Dəqiq demək istəmirəm, amma biz quruda olan hədəflərə zərbə endirmək imkanını mütləq nəzərdən keçiririk, çünki biz mahiyyətcə dənizə nəzarət edirik”.
“The New York Times” ABŞ administrasiyasının rəsmilərinə istinadən xəbər verir ki, ABŞ liderinin administrasiyası Mərkəzi Kəşfiyyat İdarəsinə prezident Nikolas Maduroya qarşı gücləndirilmiş kampaniya çərçivəsində Venesuelada gizli əməliyyatlar keçirməyə icazə verib.
Bu icazə Nikolas Maduronu devirmək üçün Venesuelaya qarşı təzyiq kampaniyasının son addımıdır. Qəzetin yazdığına görə, bu, ABŞ ordusunun Tramp administrasiyası üçün müxtəlif ssenarilər, o cümlədən Venesuela daxilində mümkün zərbələr hazırladığı bir vaxta təsadüf edir.