Hər gün hücuma məruz qalan Ukrayna xalqı üçün ən vacibi güclü təhlükəsizlik təminatının olmasıdır.
Modern.az-ın məlumatına görə, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski Ağ Evdə Donald Trampla geniş tərkibdə görüş zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib. O bildirib ki, bu məsələdə NATO ən yaxşısıdır, ancaq silah da çox vacibdir.
“Bizim üçün ABŞ-la ikitərəfli təhlükəsizlik təminatı çox vacibdir. Bu barədə ətraflı danışmadıq, amma bu, ən vacib sənəddir, çünki ABŞ çox güclüdür”,-deyə Zelenski əlavə edib.