Modern.az

Viktor Orban Tramp-Putin sammitinə nikbin baxır

Viktor Orban Tramp-Putin sammitinə nikbin baxır

Dünya

18 Oktyabr 2025, 14:54

Rusiya Prezidenti Vladimir Putin ilə ABŞ Prezidenti Donald Tramp arasında Budapeştdə keçiriləcək görüş Ukraynada sülhün bərqərar olması üçün yaxşı şansdır.

Modern.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.

“Bu gün Macarıstan ABŞ-Rusiya danışıqlarının sülhə gətirib çıxaracağına dair ciddi şansların olduğu Avropa ölkəsidir”, - deyə o bildirib.

Baş nazir ölkəsinin sülhməramlı səyləri davam etdirməyə hazır olduğunu təsdiqləyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
GƏRGİN DEBAT! Mehdiyevin Rusiyayla əlaqəsini KƏSDİLƏR - Halı PİSLƏŞDİ