Modern.az

Paşinyan Vatikana gedir

Paşinyan Vatikana gedir

Dünya

18 Oktyabr 2025, 21:36

Ermənistan Baş naziri Nikol Paşinyan oktyabrın 18-dən 20-dək Vatikana işgüzar səfər edəcək.

Modern.az xəbər verir ki, səfər çərçivəsində Paşinyan oktyabrın 19-da Müqəddəs Pyotr meydanında keçiriləcək kanonizasiya mərasimində iştirak edəcək.

Mərasimə Papa XIV Leo sədrlik edəcək və burada arxiyepiskop İqnatius Maloyan da daxil olmaqla yeddi yeni müqəddəsin kanonizasiyası həyata keçiriləcək.

Səfər proqramına əsasən, Nikol Paşinyanın Roma Papası XIV Leo ilə şəxsi görüşü də planlaşdırılıb. Bundan əlavə, Ermənistanın baş naziri Müqəddəs Taxt-Tacın dövlət katibi Pietro Parolin ilə də görüş keçirəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
GƏRGİN DEBAT! Mehdiyevin Rusiyayla əlaqəsini KƏSDİLƏR - Halı PİSLƏŞDİ