Modern.az

Zelenskinin istədiyi kimi olmadı...

Zelenskinin istədiyi kimi olmadı...

Dünya

18 Oktyabr 2025, 22:22

ABŞ prezidenti Donald Tramp və ukraynalı həmkarı Volodimir Zelenski arasında keçirilən görüş Ukrayna prezidentinin gözlədiyi kimi olmayıb.

Modern.az xəbər verir ki, bu barədə Almaniya kansleri Fridrix Merz bildirib.

"Bu səfər Zelenskinin istədiyi kimi deyil", - kansler vurğulayıb.

O qeyd edib ki, iki dövlət başçısı arasında Vaşinqtonda keçirilən görüş Ukraynanın Avropa İttifaqının köməyinə nə qədər ehtiyacı olduğunu nümayiş etdirdi.

Almaniya kanslerinin sözlərinə görə, Avropa Ukraynaya kömək etməlidir, çünki bu, döyüşləri dayandırmağın yeganə yoludur. Almaniya Ukrayna tərəfini “maliyyə, siyasi və təbii ki, hərbi cəhətdən” dəstəkləməyə çalışacaq”, - Fridrix Merz bildirib.

Donald Tramp və Zelenski oktyabrın 17-də Vaşinqtonda görüşüb. Görüş iki saatdan çox davam edib. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyayla Ukrayna sərt xəbərdarlıq dayandırın!