Modern.az

Məhkəmədən İmamoğlu barədə qərar

Məhkəmədən İmamoğlu barədə qərar

Dünya

18 Oktyabr 2025, 23:40

İstanbul Böyükşəhər Bələdiyyəsinin həbsdə olan sədri Əkrəm İmamoğlu barəsində "prokurorların təhqir edilməsi işi" nə məhkəmə başlamadan xitam verilib.

 

Modern.az xəbər verir ki, İmamoğlu vəkilləri vasitəsilə zərəri ödəyib.

 

İttihama əsasən, İmamoğlu 23 mart tarixində məhkəmədə verdiyi ifadə zamanı prokurorlara qarşı söylədiyi sözlərə görə “vəzifəli şəxsə vəzifəsindən dolayı ictimai şəkildə təhqir” maddəsi ilə 4 il 1 ayadək həbs və siyasi qadağa tələbi ilə mühakimə olunmalı idi. Onun 22 oktyabrda hakim qarşısına çıxması planlaşdırılırdı.

 

Lakin məhkəmə qərarında bildirilib ki, Türkiyə Cinayət Məcəlləsinin 75-ci maddəsinə görə İmamoğlu barəsindəki ittiham cəzanın məhkəməyə çıxmadan müəyyən məbləğin ödənilməsi ilə bağlanması proseduruna daxildir. İmamoğlu müəyyən olunan məbləği vaxtında ödədiyi üçün məhkəmə işə xitam verib.

 

Qərarda tərəflərin iki həftə ərzində İstanbul Apellyasiya Məhkəməsinə şikayət vermək hüququnun olduğu da qeyd olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
GƏRGİN DEBAT! Mehdiyevin Rusiyayla əlaqəsini KƏSDİLƏR - Halı PİSLƏŞDİ