Modern.az

Sabiq Fransa prezidenti cəzasını təkadamlıq kamerada çəkəcək

Sabiq Fransa prezidenti cəzasını təkadamlıq kamerada çəkəcək

Dünya

19 Oktyabr 2025, 08:43

Fransanın keçmiş prezidenti (2007-2012) 2007-ci ildə seçki kampaniyasının Liviya tərəfindən maliyyələşdirilməsi ilə bağlı 5 il müddətinə azadlıqdan məhrum edilən Nikolya Sarkozi cəzasını Sante həbsxanasında təkadamlıq kamerada çəkəcək.

Modern.az xəbər verir ki, bu barədə "BFMTV" televiziya kanalı mənbələrə istinadən xəbər verib.

Məlumata əsasən, həbsxana Parisdə yerləşir və xüsusi təhlükəsizlik tədbirləri tələb edən məhbusların saxlanması üçün nəzərdə tutulmuş bölməyə malikdir.

Sarkozi yaşı (70 yaş) və geniş şöhrətinə görə oktyabrın 21-də təcridxanaya köçürüləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
GƏRGİN DEBAT! Mehdiyevin Rusiyayla əlaqəsini KƏSDİLƏR - Halı PİSLƏŞDİ