Modern.az

Almanlar ukraynalılara yardım edilməsini istəmir - SORĞU

Almanlar ukraynalılara yardım edilməsini istəmir - SORĞU

Dünya

19 Oktyabr 2025, 08:51

Almaniya əhalisinin təxminən 70 faizi Ukraynadan olan qaçqınlara “vətəndaş müavinəti” (Bürgergeld) adlanan sosial yardımın verilməsinə qarşı çıxıb.

Modern.az xəbər verir ki, bu barədə məlumat “Bild” qəzetinin sifarişi ilə INSA Sosial Tədqiqatlar İnstitutunun keçirdiyi sorğuda əksini tapıb.

Sorğu nəticələrinə əsasən, respondentlərin cəmi 17 faizi hesab edir ki, Almaniyada yaşayan ukraynalı qaçqınlar Bürgergeld almalıdır. Respondentlərin 66 faizi isə bu ödənişlərin saxlanılmasının əleyhinədir.

  
Həmçinin almanların 62 faizi düşünür ki, Ukraynadan müharibə dövründə Almaniyaya gəlmiş, hərbi xidmətə yararlı kişilər vətənə qayıtmalıdır. Bu fikirlə yalnız 18 faiz respondent razı deyil.

Sorğu 16–17 oktyabr tarixlərində keçirilib və 1003 nəfər iştirak edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
GƏRGİN DEBAT! Mehdiyevin Rusiyayla əlaqəsini KƏSDİLƏR - Halı PİSLƏŞDİ