Modern.az

Şahzadəyə kral tədbirlərində iştirak qadağası

Şahzadəyə kral tədbirlərində iştirak qadağası

Dünya

19 Oktyabr 2025, 09:17

Şahzadə Endryuya tacqoyma və dövlət mərasimləri də daxil olmaqla hər hansı kral tədbirində iştirak qadağan edilib.

 

Modern.az "The Times" qəzetinə istinadən xəbər verir ki, qərar mərhum maliyyəçi Cefri Epşteyn ətrafında davam edən qalmaqal fonunda Böyük Britaniya Kralı III Çarlz və Şahzadə Uilyam arasında məsləhətləşmələrdən sonra qəbul edilib.

 

Bukinhem Sarayı bildirib ki, artıq Endryu York hersoqu titulundan və ya digər şərəfli adlardan istifadə etməyəcək, çünki davam edən iddialar onu Əlahəzrət və kral ailəsinin işindən yayındırır.

 

Saraya yaxın mənbənin sözlərinə görə, bu qərar "aydın xətt çəkmək" və monarxiyanı reputasiya risklərindən qorumaq cəhdi olub.

 

Məlumata görə, Şahzadə Uilyam əmisini monarxiyanın reputasiyası üçün təhlükə hesab edir, ona ictimai və kral ailəsinin xüsusi tədbirlərində iştirakı tamamilə qadağan etmək niyyətindədir. Gələcəkdə Endryu hətta təntənəli tədbirlərdə, o cümlədən tacqoyma mərasimlərində və dövlət qəbullarında iştirak edə bilməyəcək.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
GƏRGİN DEBAT! Mehdiyevin Rusiyayla əlaqəsini KƏSDİLƏR - Halı PİSLƏŞDİ