Modern.az

Avropa “müharibə rejiminə” keçməlidir

Avropa “müharibə rejiminə” keçməlidir

Dünya

20 Oktyabr 2025, 08:05

Avropa Rusiyayla mümkün müharibəyə həm mənəvi, həm də texniki baxımdan hazır olmalıdır.

Modern.az xəbər verir ki, bu barədə İsveçin müdafiə naziri Pol Yonson Almaniyanın RND nəşrinə verdiyi müsahibədə bildirib.

Nazir söyləyib ki, "mentalitətin dəyişməsi" vacibdir: Avropa ölkələri təhlükəti qətiyyətlə dəf etmək, təhlükəsizliyi qorumaq və sülhü saxlamaq üçün “müharibə rejiminə” keçməlidir. Yonson əlavə edib ki, Rusiya müntəzəm olaraq Avropanın birlik və qətiyyətini sınağa çəkir, lakin "Putin buna nail ola bilməyəcək".

Müsahibədə qeyd olunub ki, İsveçdə əhalinin təxminən 90 faizi müdafiə kursunun gücləndirilməsini, hərbi xərclərin artırılmasını və Ukraynaya yardımın davam etdirilməsini dəstəkləyir. "Rusiyaya yaxınlıq bizə bir şeyi öyrədib: sülh hədiyyə deyil, onu hər gün qorumaq lazımdır", ,- deyə Yonson vurğulayıb.

O, həmçinin müttəfiqlərə Ukraynaya silah tədarükünü artırmağı və Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyi tövsiyə edib. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ramiz Mehdiyevin şəbəkəsi İFŞA OLDU - Bunlarla çeviriliş edəcəkdi