Modern.az

İranda müxalif din xadimi güllələndi

İranda müxalif din xadimi güllələndi

Dünya

19 Oktyabr 2025, 13:41

Oktyabrın 19-u səhər saatlarında İranşəhr şəhərində etnik bəluc olan Kamal Selahzehi adlı molla naməlum silahlı şəxslər tərəfindən güllələnib.

 

Modern.az bu barədə "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir.

 

Məlumata görə, hadisədə onunla birlikdə olan oğlu ağır yaralanıb və xəstəxanaya aparılıb.

 

Bildirilir ki, bəluc din xadimi İran hökumətinə müxalif şəxslərdən biri olub.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır