Modern.az

Almaniya Gürcüstandakı səfirini geri çağırdı

Almaniya Gürcüstandakı səfirini geri çağırdı

Dünya

19 Oktyabr 2025, 14:58

Almaniya Gürcüstandakı səfiri Peter Fişeri məsləhətləşmələr üçün geri çağırıb.

 

Modern.az xəbər verir ki, bu barədə Almaniyanın Xarici İşlər Nazirliyinin (XİN) “X” hesabında bildirilib.

 

Qeyd olunub ki, bu barədə qərarı Almaniyanın XİN başçısı Yohann Vadeful qəbul edib.

 

“Bir neçə aydır ki, Gürcüstan hakimiyyəti Avropa İttifaqı, Almaniya, həmçinin şəxsən Almaniya səfiri Fişerə qarşı təbliğat aparır. Bununla əlaqədar olaraq xarici işlər naziri Yohann Vadeful gələcək addımları müəyyənləşdirmək üçün səfir Fişeri geri çağırmağa qərar verib. Sabah Avropa İttifaqının xarici işlər üzrə Şurası Gürcüstan məsələsini müzakirə edəcək”, - XİN-in paylaşımında deyilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır