Türkiyənin hüquq-mühafizə orqanlarının əməkdaşları “Paralel dövlət” (FETÖ) terror təşkilatı ilə əlaqədə şübhəli bilinən şəxslərin saxlanılması ilə bağlı növbəti genişmiqyaslı əməliyyat keçiriblər.
Modern.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat yayıb. İki həftə davam edən əməliyyatlar ölkənin 32 əyalətində keçirilib.
Əməliyyatlar zamanı ümumilikdə 62 nəfər saxlanılıb, onlardan 41-i məhkəmə qərarı ilə həbs olunub.
Şübhəlilər terror təşkilatları ilə əlaqədə olmaqda, cinayətkar qurumları maliyyələşdirməkdə və FETÖ ideologiyasını təbliğ etməkdə ittiham olunurlar.