Modern.az

Şimali Kiprdə seçki: Yeni prezidentin adı AÇIQLANDI

Şimali Kiprdə seçki: Yeni prezidentin adı AÇIQLANDI

Dünya

19 Oktyabr 2025, 20:57

Şimali Kiprdə bu gün keçirilən prezident seçkilərinin rəsmi olmayan nəticələri açıqlanıb.

Modern.az-ın məlumatına görə, Şimali Kipr Ali Seçki Komissiyası Tufan Erhürmanın prezident seçildiyini bəyan edib.

Erhürmanın 62 faizə yaxın səs topladığı bildirilir.

***

20:21

Şimali Kiprdə bu gün keçirilən prezident seçkilərinin ilkin nəticələri açıqlanıb.

Modern.az xəbər verir ki, 777 seçki qutusundan 580-i sayılıb.

İlkin nəticələrə görə, Cümhuriyyətçi Türk Partiyasının (CTP) sədri Tufan Erhürman səslərin 63,28 faizini, hazırkı prezident Ersin Tatar isə 35,27 faizini qazanıb.

Nəticələr dəyişməzsə, Erhürman seçkilərdə qələbə qazanaraq Şimali Kiprin yeni prezidenti ola bilər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
GƏRGİN DEBAT! Mehdiyevin Rusiyayla əlaqəsini KƏSDİLƏR - Halı PİSLƏŞDİ