Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kiprdəki prezident seçkilərinin nəticələrinə münasibət bildirib.
Modern.az xəbər verir ki, o, sosial media hesabında paylaşım edib.
Ərdoğan Şimali Kipr Türk Respublikasında keçirilən seçkilərin qeyri-rəsmi nəticələrinə görə bu gün prezident seçilən Tufan Erhürmanı təbrik edib.
"Şimali Kipr Türk Cümhuriyyətinin demokratik yetkinliyini bir daha nümayiş etdirən, Kipr türk qardaşlarımızın iradəsini seçki qutusunda əks etdirən bu seçkinin ölkələrimiz və bölgəmiz üçün faydalı olacağını ümid edirəm.
Türkiyə olaraq, Şimali Kipr Türk Cümhuriyyətinin suveren hüquq və mənafelərini Kipr türk qardaşlarımızla birlikdə hər platformada müdafiə etməyə davam edəcəyik", - o qeyd edib.