Rusiyalı müğənni Zemfira (əsl adı Zemfira Ramazanova) Ermənistana konsert verməkdən imtina edib.
Modern.az xəbər verir ki, bu barədə "Mash" kanalı məlumat yayıb.
Qeyd edək ki, bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan onun musiqisinə qulaq asdığı yerdə görüntülərini paylaşıb. Videonun yayılmasından sonra yerli təşkilatçı şirkət Zemfiranın şousunu təşkil etmək istəyib.
Təşkilatçıların sözlərinə görə, bundan sonra İrəvanda şəhər konsertləri və korporativlər üçün müğənniyə 20 milyon rubl (təxminən 11 765 manat) təklif ediblər və daha çox da təklif edə bilərdilər, lakin o, qəti şəkildə konsertdən imtina edib.
Kanalın mənbələri qeyd edir ki, Zemfira Rusiya ordusunu açıq şəkildə tənqid etdikdən və Ukraynaya dəstək verdikdən sonra Ermənistanda həbs ediləcəyindən qorxur.