Modern.az

Tramp Putinə daha bir şans verir

Tramp Putinə daha bir şans verir

21 Oktyabr 2025, 00:05

ABŞ-ın Rusiyaya qarşı sanksiya qanun layihəsi ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin arasında danışıqlara qədər təxirə salınıb.

Modern.az xəbər verir ki, bu barədə Senat çoxluğunun lideri Con Tun bildirib.

Tramp daha əvvəl bəyan edib ki, Rusiya ilə Ukrayna arasında müharibə bitməsə, “çoxları ağır bədəl ödəmək məcburiyyətində qalacaqlar”.

Moskvaya qarşı sanksiya qanun layihəsi bir neçə aydır ki, nəzərdən keçirilir, lakin ABŞ Senatı və Nümayəndələr Palatasının rəhbərliyi layihəni səsverməyə çıxarmayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyayla ABŞ birləşib Avropanı dağıdacaq - Bu ölkədən ŞOK XƏBƏRDARLIQ