Modern.az

Cəllad erməni general həm də oğru imiş

Cəllad erməni general həm də oğru imiş

Dünya

21 Oktyabr 2025, 09:56

Ermənistan parlamentinin keçmiş deputatı, general Manvel Qriqoryanın qanunsuz əldə etdiyi əmlakın müsadirə edilməsi ilə bağlı məhkəmə iddiası qaldırılıb.

Modern.az bu barədə erməni mətbuatına istinadən xəbər verir.

90-cı illərdə Azərbaycan ərazilərinin işğalı zamanı xüsusi amansızlığı ilə yadda qalan generalın ailə üzvlərinə və yaxın çevrəsinə məxsus, ümumi dəyəri 3 milyon ABŞ dollarını aşan əmlakın müsadirəsinə qərar verib.

Məhkəmə Ermənistan Baş Prokurorluğunun iddiasını qismən təmin edib.

Prokurorluq isə qərarın rədd edilən hissəsi ilə bağlı apellyasiya şikayəti verməyi planlaşdırır.

Qeyd edək ki, general Qriqoryan və həyat yoldaşına məxsus əmlak 2023-cü ilin noyabrında həbs altına alınmışdı.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mehdiyevin gizli əlaqələri - Xəyanət haradan başladı?