Amerikalı müğənni Britni Spirsin keçmiş həyat yoldaşı Kevin Federline pop ulduzla bağlı yeni kitabında qalmaqallı iddialar səsləndirib.
Modern.az xəbər verir ki, “You Thought You Knew” adlı bioqrafiyada Federline Spirsi ailə həyatında və ana kimi “dəyişkən və təhlükəli davranışlarda” günahlandırır.
Kitabda iddia olunur ki, Spirsin hamiləlik dövründə alkoqol qəbul edib, uşağa süd verərkən kokain istifadə edib. Federline, həmçinin yazır ki, uşaqları gecələr bıçaqla otaqlarına girən anasından qorxurmuş.
Spirsin isə bütün iddiaları rədd edib və Federlineni “keçmiş münasibətdən maddi fayda qazanmağa çalışmaqda” ittiham edib. Onun sözçüsü bildirib ki, Federline bu kitabı uşaqlar üçün ödədiyi alimentin bitməsindən sonra yazmağa qərar verib.
Xatırladaq ki, cütlük 2004-cü ildə evlənib, 2007-ci ildə boşanıb. Uşaqların qəyyumluğu Federlineyə verilib.