Modern.az

Əhməd Davudoğlu Qəzza rəhbərliyinə namizəd ola bilər

Əhməd Davudoğlu Qəzza rəhbərliyinə namizəd ola bilər

Dünya

21 Oktyabr 2025, 17:25

Türkiyənin keçmiş Baş naziri və Gələcək Partiyasının lideri Əhməd Davudoğlu Qəzza rəhbərliyinə namizəd ola bilər.

Modern.az xəbər verir ki, bu barədə “Karar” qəzeti yazıb.

Məqalədə bildirilir ki, Əhməd Davudoğlu Britaniyanın keçmiş baş naziri Toni Blerin Qəzzada keçid administrasiyasına rəhbərlik etmək fikrinə reaksiya verib.

Davudoğlu Qəzzaya rəhbərlik etmək üçün bölgədən və müsəlman dünyasından birinin təyin edilməsinin lazım olduğunu vurğulayıb. O, BMT-nin qətnaməsi ilə beynəlxalq legitimliyə nail olunarsa, bu mövqeyi qəbul edəcəyini bildirib.

Ə.Davudoğlu adının İsraili narahat edəcəyini etiraf etməklə yanaşı, Fələstində həm Mahmud Abbas rəhbərliyinin, həm də HƏMAS-ın razılaşa biləcəyi yeganə şəxs olduğunu bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mehdiyevçilər "VURULUR" - Siyahıda kimlər var?