Modern.az

Gürcüstanla Ermənistanın müdafiə nazirləri görüşdü

Gürcüstanla Ermənistanın müdafiə nazirləri görüşdü

Dünya

21 Oktyabr 2025, 17:09

Gürcüstanın müdafiə naziri İrakli Çikovaninin İrəvanda erməni həmkarı Suren Papikyanla keçirdiyi görüşdə regional təhlükəsizlik məsələləri müzakirə olunub.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb.

İrakli Çikovani Gürcüstan tərəfinin regional əməkdaşlığın inkişafına töhfə verməyə hazırlığını təsdiqləyib. O, Azərbaycanla Ermənistan arasında Vaşinqtonda imzalanmış birgə bəyannamənin tarixi əhəmiyyətini vurğulayıb və bildirib ki, saziş Cənubi Qafqazda uzunmüddətli sülh və sabitliyin möhkəmləndirilməsinə əhəmiyyətli töhfə verəcək.

Qeyd edək ki, Çikovani Ermənistanda rəsmi səfərdədir. O, səfər çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla da görüşəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mehdiyevçilər "VURULUR" - Siyahıda kimlər var?