Modern.az

Ərdoğan Körfəz ölkələrinə üç günlük səfərə çıxıb

Ərdoğan Körfəz ölkələrinə üç günlük səfərə çıxıb

Dünya

21 Oktyabr 2025, 17:22

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan həmkarlarının dəvəti ilə Küveyt, Qətər və Omana səfər edəcək.

Modern.az xəbər verir ki, bu gün onun Fars körfəzinə üç günlük səfərinin ilk dayanacağı Küveyt olacaq.

Ərdoğan Küveytdə əmirlə görüşəcək.

Ərdoğanın səfərinin ikinci dayanacağı Qətər olacaq. O, sabah Dohada Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşəcək. Görüş zamanı ikitərəfli münasibətlərdən tutmuş regional problemlərə qədər geniş mövzular müzakirə olunacaq. Qəzzada atəşkəs prosesi və bölgənin yenidən qurulması liderlərin əsas gündəm bəndləri olacaq.

Səfərinin üçüncü günündə Ərdoğan Omana gedəcək və Maskatda Omanın Sultanı Heysəm bin Tariq ilə ikitərəfli görüş keçirəcək. İqtisadi əməkdaşlıqla yanaşı, regional hadisələr də müzakirə olunacaq.

Bu səfərlərin məqsədi müdafiə sənayesi, enerji və investisiya sektorlarında əməkdaşlığın dərinləşdirilməsi üçün yeni addımların atılmasıdır. Əlaqələrin daha da möhkəmləndirilməsi üçün ikitərəfli sazişlərin imzalanması da nəzərdə tutulub.

Whatsapp
Bizə yazın!
Keçid et
Mehdiyevçilər "VURULUR" - Siyahıda kimlər var?