Serbiya Prezidenti Aleksandr Vuçiç Avropanın Rusiya ilə münasibətlərində yeni “dəmir pərdə” qurmaq niyyətində olduğunu bildirib. Onun sözlərinə görə, bu proses neytral ölkələrin mövqeyini və müstəqil siyasət aparmaq istəyini nəzərə almır.
Modern.az xəbər verir ki, Prezidentin çıxışı “Tanjug” agentliyi tərəfindən yayımlanıb.
Vuçiç vurğulayıb ki, əgər belə “dəmir pərdə” yaranarsa, Serbiya bundan ən çox təsirlənən ölkələrdən biri olacaq:
“Heç kim Serbiyanın apardığı siyasətdən məmnun deyil, yalnız serb vətəndaşları istisna olmaqla. Biz yalnız öz ölkəmizin maraqlarını müdafiə edən siyasət aparırıq və heç kimə xidmət etməyəcəyik”.
Serbiya lideri əlavə edib ki, Avropada formalaşan yeni siyasi xətt onun ölkəsinə qarşı təzyiqləri daha da artıracaq.