Modern.az

Azərbaycanın boru kəmərləri və elektrik xətləri Ermənistandan keçəcək

Azərbaycanın boru kəmərləri və elektrik xətləri Ermənistandan keçəcək

Dünya

22 Oktyabr 2025, 11:47

Yaxın gələcəkdə Azərbaycan və Türkiyə ilə əlaqələri birləşdirən xətlər inşa olunacaq.

Modern.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Tbilisidə keçirilən forumda bildirib.

Paşinyan bildirib ki, Ermənistan ərazisindən Azərbaycanın əsas hissəsindən Naxçıvana, eləcə də Azərbaycan-Ermənistan-Türkiyə marşrutu üzrə boru kəmərləri və elektrik xətləri çəkiləcək:

“Bu layihələr regionda dayanıqlı sülhün və iqtisadi əməkdaşlığın əsasını qoyacaq”.

Baş nazir həmçinin vurğulayıb ki, yaxın zamanlarda Ermənistan və Türkiyə arasında sərhədin açılması mümkündür. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mehdiyev üsyan bayrağı qaldırdı - Çöldəki agentləri hərəkətə keçdi