Modern.az

Simonyan Sahibə Qafarova ilə görüşü barədə: “Çox müsbət oldu”

Simonyan Sahibə Qafarova ilə görüşü barədə: “Çox müsbət oldu”

Dünya

22 Oktyabr 2025, 15:02

Ötən gün Cenevrədə Parlamentlərarası İttifaqın 151-ci Assambleyası çərçivəsində Azərbaycan və Ermənistan parlament sədrlərinin ikitərəfli görüşü keçirilib.

Spikerlər Vaşinqton sammitində əldə olunmuş razılaşmaları və münasibətlərin normallaşması üzrə görülən tədbirləri alqışlayıblar. Onlar konstruktiv dialoqun davam etdirilməsinin vacibliyini qeyd edərək, parlamentlər səviyyəsində etimadın möhkəmləndirilməsi tədbirlərini dəstəkləməyə hazır olduqlarını bildiriblər.

Modern.az-ın məlumatına görə, Simonyan Sahibə Qafarova ilə görüşü barədə açıqlama verib.

O, görüşün məzmumundan danışıb: "Sahibə Qafarova ilə söhbətimiz oldu, məsələn, hərbi təcavüz haqqında danışdıq. Kimlərsə deyir ki, belə bir şey ola bilər, o mənə dedi ki, bu mümkün deyil, bu qədər addım atmışıq".

Erməni spikerin sözlərinə görə, tərəflər görüşdə çox işlər gördüklərini bildiriblər: "Öz üzərimizə beynəlxalq öhdəliklər götürmüşük.  Belə bir fikir var ki, parlamentlər cəmiyyətləri hazırlamaq, onları bir-birinə daha da yaxınlaşdırmaq, sülh reallığında yaşamaq, bir-birinə doğru addımlar atmaq məntiqini öz üzərinə götürməlidir. Çox müsbət, isti görüş oldu".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
GƏRGİNLİK ARTDI! Rusiyada ara qarışdı - Dağıstan vuruldu!