Modern.az

Məsud Pezeşkianın oğlu: “Atamın planı düzgün anlaşılmır”

Məsud Pezeşkianın oğlu: “Atamın planı düzgün anlaşılmır”

Dünya

22 Oktyabr 2025, 15:18

İran Prezidenti Məsud Pezeşkianın oğlu Yusif Pezeşkian atasını tənqid edənlərə cavab verib.

Modern.az xəbər verir ki, o, “Telegram” kanalında paylaşım edərək atasının ölkədəki problemləri açıq şəkildə qəbul etdiyini və islahat yolunun da məhz buradan başladığını bildirib.

“Atam mövcud çatışmazlıqları səmimi şəkildə etiraf edir və hesab edir ki, bu, dəyişikliklərin başlanğıcıdır. Onun planı, gələcəyə baxışı və ümidi var, amma ideyaları bəzən cəmiyyət tərəfindən düzgün anlaşılmır”, - Yusif Pezeşkian qeyd edib.

Prezidentin oğlu vurğulayıb ki, problemlərin həlli üçün hökumət, parlament, məhkəmə sistemi, dini strukturlar və xalq arasında birgə əməkdaşlıq vacibdir.

“Yeni nəticələr əldə etmək üçün köhnə üsulları təkrarlamaq olmaz. Bəzən hərəkətə başlamaq üçün sistemi silkələmək lazımdır”, - o yazıb.

Sizə yeni x var
Keçid et
GƏRGİNLİK ARTDI! Rusiyada ara qarışdı - Dağıstan vuruldu!