Rusiya ordusu Ukraynanın Xarkov şəhərinə pilotsuz uçuş aparatları ilə zərbə endirib.
Modern.az “Ukrainskaya pravda”ya istinadən xəbər verir ki, zərbə nəticəsində şəhərdə özəl uşaq bağçasında yanğın baş verib.
Hadisə nəticəsində 1 qadın həlak olub, daha 6 nəfər isə yaralanıb.
Bağçadakı uşaqlar isə təxliyə edilib.
Hücum zamanı bağçanın yaxınlığında yerləşən ofisə də zərər dəyib.