Ermənistanın üçüncü prezidenti Robert Koçaryan onun varisi Serj Sarqsyana qarşı açılmış iş üzrə şahid qismində çıxış edir.
Modern.az xəbər verir ki, bu barədə məhkəmə iclasında prokuror Qorik Ovakimyan məlumat verib.
Hadisə Yerablur hərbi panteonunun yaxınlığındakı torpaq sahələrinin 2005-ci ildə, Koçaryanın prezident, Sarqsyanın isə müdafiə naziri olduğu dövrdə özəlləşdirilməsi ilə bağlıdır. Torpaq sahələri o vaxt Müdafiə Nazirliyinin mülkiyyətində olub.
Prokuror bildirib ki, istintaq zamanı Ermənistanın Rusiyadakı səfiri Qurgen Arsenyan və Serj Sarqsyanın mühafizə rəisi Vaçaqan Qazaryan da şahid qismində çağırılacaqlar.