Modern.az

Ərdoğan məni qarğıdalı və qızardılmış şabalıda qonaq etdi - Stoltenberq

Ərdoğan məni qarğıdalı və qızardılmış şabalıda qonaq etdi - Stoltenberq

Dünya

23 Oktyabr 2025, 14:12

NATO-nun sabiq baş katibi Yens Stoltenberq xatirələrində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdiyi bir görüşdən maraqlı epizodu bölüşüb.

Modern.az-ın məlumatına görə, o yazır ki, görüş Ankarada baş tutub və gündəmdə gərgin mövzular - Suriyada əməliyyatlar, NATO müttəfiqləri ilə münasibətlər və kürd məsələsi olub.

“Atmosfer gərgin idi. Amma Ərdoğan birdən söhbətin tonunu dəyişdi və məndən soruşdu: "Sən qarğıdalı sevirsən?" Mən "bəli" cavabını verdim. Bir neçə dəqiqə sonra otağa böyük boşqabda qızardılmış qarğıdalılar gətirdilər. Biz onları masa arxasında, əllərimizlə yeyirdik. Sonra qızardılmış şabalıd gətirdilər. Səkkiz-on nəfər idik, hamımız yeyirdik, qarğıdalı dənələri və duz yerə tökülürdü”, - deyə Stoltenberq yazıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sabiq deputat ŞOK ADLAR çəkdi - Mehdiyevin dəstəsində kimlər var?