Modern.az

Rusiya Ukrayanaya 1000 meyit qaytarıb

Rusiya Ukrayanaya 1000 meyit qaytarıb

Dünya

23 Oktyabr 2025, 14:44

Rusiya Ukrayna hərbçilərinə aid olduğunu iddia etdiyi 1000 meyiti qaytarıb.

Modern.az xəbər verir ki, bu barədə Hərbi Əsirlərin Müalicəsi üzrə Koordinasiya Qərargahından məlumat verilib.

"Bu gün repatriasiya baş tutub. Rusiya tərəfinin ukraynalı hərbçilərə aid olduğunu iddia etdiyi 1000 cəsəd Ukraynaya qaytarılıb”, - Koordinasiya Qərargahı bildirib.

Hüquq-mühafizə orqanlarının müstəntiqləri Daxili İşlər Nazirliyinin məhkəmə-tibbi ekspertizası müəssisələri ilə birlikdə tezliklə bütün lazımi ekspertizaları keçirəcək və repatriasiya edilən meyitlərin şəxsiyyətini müəyyənləşdirəcək.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
DTX-dən ƏMƏLİYYAT - Daha bir vəzifəli şəxs saxlanıldı