Hindistanın cənubundakı Andhra Pradeş ştatında turist avtobusunda baş verən yanğın nəticəsində azı 20 nəfər ölüb.
Modern.az xəbər verir ki, bu barədə “Hindustan Times” qəzeti yazır.
Hadisə, təxminən 44 sərnişini olan Haydarabaddan Banqalur şəhərinə gedən Kaveri Travels avtobusunun milli şossedə motosikletə çırpılması nəticəsində baş verib.
Qəza baş verən zaman sərnişinlərin əksəriyyəti yatıb. Bəziləri yuxudan oyanıb, şüşələri sındırıb və çölə atılıb, lakin bir neçə dəqiqə ərzində alov bütün avtobusu bürüdüyündən çoxları içəridə qalıb. Hadisə yerinə gələn yerli sakinlər yanğınsöndürənlər gələnə qədər qurbanları xilas etməyə çalışıblar.