İran prezidenti Məsud Pezeşkian Urmiya şəhərindəki çıxışında ölkənin iqtisadi sistemini tənqid edib.
Modern.az xəbər verir ki, İranın “Entekhab” xəbər saytının məlumatına görə, Pezeşkian ölkəsinin qazı və nefti olsa da, bu resurslara sahib olmayan dövlətlərin onlardan daha yaxşı vəziyyətdə olmasına təəccübləndiyini bildirib.
"Türkiyədə neft və qaz yoxdur, Yaponiya və Koreyada da neft və qaz yoxdur. Onlar neft alırlar, amma onların vəziyyəti bizdən daha yaxşıdır və həyat şəraitləri də çox yaxşıdır.
Bizim neftimiz və qazımız var, amma problemlərimiz var" - deyə İran prezidenti bildirib.
"Necə olur ki, həm neftimiz var, həm də qazımız satılır və xalq çətinlik çəkir? Günah bizdədir", - Pezeşkian əlavə edib