ABŞ prezidenti Donald Tramp 30 oktyabrda Çin prezidenti Si Cinpin ilə görüşəcək.
Modern.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolin Levitt bildirib.
Məlumata görə, Tramp 24 oktyabrda Malayziyaya gedəcək, orada ölkənin baş naziri Ənvər İbrahimlə görüşəcək və ASEAN liderləri üçün işçi naharda iştirak edəcək.
Daha sonra Tramp Tokioya gedəcək və orada ölkənin yeni seçilmiş baş naziri Sanae Takaiti ilə görüşəcək.
Tokiodan sonra Prezident Tramp Cənubi Koreyanın Busan şəhərinə gedəcək və orada Prezident Li Ce-myen ilə görüşəcək və ASEAN sammitində çıxış edəcək.
30 oktyabrda Tramp Si Cinpinlə görüşəcək və Vaşinqtona qayıdacaq.